Çempionlar LiqasıİngiltərəTürkiyə

“Qalatasaray” “Liverpul”u məhkəməyə verə bilər

Daha əvvəl xəbər vermişdik ki, “Qalatasaray”ın hücumçusu Noa Lanq UEFA Çempionlar Liqası çərçivəsində “Enfild” stadionunda “Liverpul”a qarşı keçirilən oyunda ağır zədə alıb. Onun barmağının bir hissəsi kəsilib.

Aut.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, İstanbul klubunun rəhbərliyi bu hadisədən sonra məhkəməyə müraciət etməyi nəzərdən keçirir. İddialara əsasən, reklam lövhələrinin uğursuz yerləşdirilməsinə görə məsuliyyət “qırmızılar”ın üzərinə qoyula bilər. Bu halda Türkiyə təmsilçisi ən azından maliyyə baxımından kompensasiya əldə etməyə çalışacaq.

Xatırladaq ki, Noa Lanq “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan icarə əsasında transfer olunub.

Qeyd edək ki, “aslanlar” “Liverpul”a məğlub olaraq ÇL-lə vidalaşıb.

Aut.az