İngiltərə

Premyer Liqada mövsümün ən yaxşısı bu qol oldu – VİDEO

İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün ən yaxşı qolu müəyyən edilib.

Aut.az xəbər verir ki, mükafat “Mançester Siti”nin hücumçusu Omar Marmuşa verilib. 26 yaşlı misirli futbolçunun İngiltərə çempionatının 37-ci turunda “Bornmut”a qarşı oyunda uzaq məsafədən “doqquzluğa” vurduğu qol fərqlənib.

Qeyd edək ki, Marmuş qış transfer pəncərəsində “Ayntraxt Frankfurt”dan “Siti”yə 75 milyon avroya keçirib. O, Premyer Liqanın ikinci yarısında 16 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.