“Çelsi” onun üçün bu təklifi etdir: 90 milyon+Lukaku
Bu yay “Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimheni almaq üçün cəhd edəcək.
Aut.az xəbər verir ki, “zadəganlar” nigeriyalıya görə 90 milyon avro və Romelu Lukakunu təklif edir. Bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, nigeriyalı hücumçunun müqaviləsində 120 milyon avroluq sərbəst qalma maddəsi var. Eyni zamanda Lukakunun “Çelsi”də oynamaq istəyinin olmadığı vurğulanır.
Xatırladaq ki, bu mövsüm Osimhen bütün turnirlərdə 29 matçda iştirak edib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.
Aut.az
