İspaniya

“Messi ilə hər şey asandır”

MLS-in adi mövsümünün “Nyu York Red Bullz”la matçlında (6:2) het-trik edən “İnter Mayami”nin hücumçusu Luis Suares Lionel Messi ilə anlaşmasından danışıb.

Aut.az xəbər verir ki, o, argentinalı superulduz barədə bu sözləri deyib:

“Leo ilə hər şey daha asandır. Dəfələrlə birlikdə oynamışıq. Bu, meydanda nəzərə çarpır, çünki bəzən bir-birimizin harada olduğunu bilə-bilə bir-birimizə baxmadan hərəkət edirik. Bu, komandaya xeyir verir”.

Qeyd edək ki, Messi bu görüşdə 5 məhsuldar ötürmə edib və Suaresin ötürməsindən qol vurub.