İspaniyaİngiltərə

Fatiyə tövsiyəsi: Əqli və fiziki cəhətdən güclü olmasan…

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Barselona”nın 21 yaşlı futbolçusu Ansu Fatinin kluba icarəyə verilməsinin nəticələrindən danışıb.

Aut.az xəbər verir ki, bu barədə “Futbol de İnqlaterradan” De Zerbidən sitat gətirib.

“Ansu Fati öz yaşında dünyanın ən yaxşı istedadlarından biridir, lakin o, performansını yaxşılaşdırmalıdır, fiziki hazırlığını və mentalitetini təkmilləşdirməlidir, çünki İngiltərə Premyer Liqasında oynamaq üçün əqli və fiziki cəhətdən daha güclü olmalısan”, – De Zerbi deyib.

Xatırladaq ki, bu mövsüm ispaniyalı “qağayılar”ın heyətində 25 oyun keçirib və 4 qol vurub, 1 məhsuldar ötürmə edib. 2023-cü ilin sentyabrında ispaniyalı icarə əsasında “Barselona”dan “Brayton”a keçib.

Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 30 milyon avrodur.

Aut.az