İspaniya

Əfsanəvi futbolçunu transfer etdik: Peres kimi deyir?

“Real” klubunun prezidenti Florentino Peres Trent Aleksander-Arnoldun transferi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, bunları deyib:

“Biz əfsanəvi bir futbolçunu, dünyanın ən yaxşılarından birini transfer etdik. Trentin arzusu gerçəkləşdi. Sən dünyanın ən böyük klubu olan “Real”da oynamağı seçdin. “Liverpul”la aramızda möhtəşəm münasibətlər var, onlar bizim yaxın dostlarımızdır”.

Aleksander-Arnold “Liverpul”dan azad agent kimi “Real”a keçsə də, Madrid klubu futbolçunu müqaviləsinin bitəcəyi 30 iyun tarixindən əvvəl heyətinə qatmaq üçün mersisaydlılara 10 milyon avro təzminat ödəyib. Bu sayədə oyunçu klub dünya çempionatında “Real”ın heyətində çıxış edə biləcək.

Aut.az