İspaniya

Ançelotti ulduz futbolçunu qorumaq üçün plan qurdu: Mbappenin gəlişi ona təsir etməyəcək

“Real” Kilian Mbappenin transferini tezliklə elan etməlididir. Fransız futbolçunun gəlişi komandada mövcud olan tarazlığı və iyerarxiyanı pozacaq. Madrid klubu heyətdə yerini itirməyə namizəd olan Rodriqonu taleyini düşünməli olacaq.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti 23 yaşlı braziliyalının komandadan ayrılmasına icazə vermək istəmir və onu planlarının bir hissəsi kimi görür.

İtalyan mütəxəssis Eder Militaonu satmağa və Bellinqemin yarımmüdafiəyə keçməsi ilə Orelyen Çuamenini müdafiədə oynatmağa hazırdır. Bu cür dəyişikliklər sayəsində o, Mbappe və Vinisiusla yanaşı hücumda Rodriqoya da yer verəcək.

Xatırladaq ki, 23 yaşlı braziliyalı “Los Blankos”a 2019-cu ildə “Santos”dan keçib. Ümumilikdə cinah oyunçusu Madrid forması ilə 215 matçda meydana çıxıb, 54 qol vurub və 41 məhsuldar ötürmə edib.