Azarkeşlərə sərt qadağalar qoyuldu
Rolan Qarrosun direktoru Amelie Mauresmo Fransa Açıq Oyunları zamanı tamaşaçılar üçün sərt qaydaları açıqlayıb.
Aut.az xəbər verir ki, tamaşaçılara tribunalara spirtli içkilər gətirmək qadağan olunacaq. Bundan əlavə, təşkilatçılar davranış qaydalarını kobud şəkildə pozan izləyiciləri meydandan kənarlaşdıra biləcəklər.
Qeyd edək ki, belçikalı David Qoffin “Rolan Qarros”da azarkeşlərin təhqiramiz davranışından şikayətlənərək Covanni Mpetşi Perrikara qarşı matçda ona saqqızla tüpürdülərini demişdi. Dünyanın bir nömrəsi İqa Şvitek də Parisdə tribunadan gələn qışqırıqlardan narazı olduğunu bildirib.
Aut.az
