Sabiq “Barselona”lı: “Real” ən sevdiyim komanda, Ronaldo isə dünyanın ən yaxşısıdır
“Barselona” klubunun sabiq yarımmüdafiəçisi Kevin-Prins Boateng maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, sevimli komandasının “Barsa”nın əzəli rəqibi “Real” olduğunu bildirib:
“Sevimli komandam həmişə “Real”olub. Mən Kriştianu Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab edirdim. Amma “Barselona”da çıxış etdiyim üçün mətbuat konfranslarında yalan danışmalı olurdum. Əks halda orada oynaya bilməzdim”.
Xatırladaq ki, Kevin-Prins Boateng 2019-cu ildə icarə əsasında “Barselona”nın formasını geyinib. Onun futbolçu karyerasında son klubu Berlin “Herta”sı olub. Qana millisində 15 oyuna çıxan Boateng iki qol vurub.
