O, “Real”da niyə uğursuz oldu? – Səbəbini Ançelotti açıqladı
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti belçikalı cinah futbolçusu Eden Azarın “kral klubu”nda niyə uğurlu karyera qura bilmədiyi ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Ançelotti bu barədə The Obi One podkastında deyib.
“Onun problemi, əlbəttə ki, zədələr idi. Belədə digər oyunçularla rəqabət aparmaq da çətin idi. Oynamadığın zaman məşqdə bütün gücünü verməlisən. Onun üçün yarışmaq, döyüşmək və oynamaq çətin idi”, – Ançelotti deyib.
Azar karyerasında “Lill”, “Çelsi” və “Real Madrid”də çıxış edib. O, 2019-cu ilin yayında 100 milyon avroya İngiltərənin paytaxtından İspaniyanın paytaxtına köçüb. Eden 2023-cü ilin payızına qədər “Real”da oynayıb, bundan sonra 32 yaşında təqaüdə çıxdığını elan edib.
Aut.az
