İspaniya

“Real”ın əfsanəsi “Barselona”nın baş məşqçisi olacaq?

“Real”ın sabiq yarımmüdafiəçisi, hazırda “Bayer Leverkuzen”ə rəhbərlik edən Xabi Alonso  “Barselona”nın baş məşqçisi postuna namizədlər arasındadır.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniyalılar Alonsonun Bundesliqa klubundakı işini diqqətlə izləyir. O, komandanın baş məşqçisi Xavinin əvəzedicilərdən biri hesab olunur. Amma qeyd edilir ki, Xabi “Barselona” üçün prioritet variant deyil.

Qeyd edək ki, Xavi bu mövsüm başa çatdıqdan sonra “Barselona”nı tərk edəcək. 

Xatırladaq ki, Alonso 2022-ci ildən “Bayer Leverkuzen”ə klubuna rəhbərlik edir. Klub hazırda Bundesliqa turnir cədvəlinə başçılıq edir.