“Siti” yenə trebl edəcək? – Qvardiola deyir ki…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ardıcıl ikinci mövsüm trebl edə biləcəyinə əmin deyil.
“Bu bir nağıldır. Mən deyərdim ki, 99,9% ehtimalla ardıcıl ikinci trebl qazanmayacağıq. Çünki heç vaxt heç bir komanda bunu bacarmayıb”, – deyə Quardiola bildirib.
Qeyd edək ki, “Siti” ötən mövsüm İngiltərə Premyer Liqasını, ölkə kubokunu və UEFA Çempionlar Liqasının qalibi olmaq trebl etmişdi.
