“Liverpul” azarkeşləri etiraz aksiyası keçirəcəklər: Nədən narazıdırlar?
“Liverpul” azarkeşlər şurası bilet qiymətlərinin artması ilə bağlı aprelin 11-də “Fulhem”lə keçiriləcək Premyer Liqa oyunundan başlayaraq “Enfild”in daxilində və xaricində etiraz aksiyaları keçirəcək.
Aut.az xəbər verir ki, azarkeş qrupu fanatları stadionda olarkən pul xərcləməməyə və “Fenway Sports Group”un sahibi Con Henriyə “mesaj göndərmək” üçün mövsüm biletlərinin yenilənməsini təxirə salmağa çağırdılar .
Mersisaydlılar bu yaxınlarda inflyasiyanı səbəb göstərərək növbəti üç mövsümün hər biri üçün bilet qiymətlərinin artırılacağını açıqlayıb.
Buna görə də, 2026/27 mövsümündən etibarən qiyməti 39 ilə 61 funt sterlinq arasında olan böyüklər üçün biletlər 3% bahalaşacaq.
“Liverpul” əvvəllər əvvəlki 10 mövsümün səkkizində bilet qiymətlərini sabit saxlayıb. İndi klub iddia edir ki, “Enfild”dəki oyun günü əməliyyat xərcləri 2016/17 mövsümündən bəri 85% artıb.
“Qırmızılar”ın azarkeşlər şurası da öz növbəsində hesab edir ki, klubun media və kommersiya fəaliyyətindən əldə etdiyi gəlir nəzərə alınmaqla, bilet qiymətlərini artırmağa ehtiyac yoxdur.
Aut.az
