Digər

Viktoriya dopinqdə “ilişdi”

Ukrayna Milli Antidopinq Mərkəzi xizəkçi Viktoriya Olehi yarışlardan kənarlaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc edilib.

32 yaşlı xizəkçinin qanında qadağan olunmuş kanrenon maddəsi aşkarlanıb. Bu maddə kaliumun qorunmasına kömək edən sidikqovucu təsir göstərir.

Viktoriyanın cəzası 18 mart 2026-cı ildə başlayıb və 17 yanvar 2027-ci ilə qədər davam edəcək.

Qeyd etmək lazımdır ki, Viktoriya Oleh 2022-ci il Pekin Olimpiadasında iştirak etmiş və fərdi yarışda 58-ci yeri tutmuşdur. Xizəkçi həmçinin beş Dünya Çempionatında da iştirak edib.

Aut.az