Ərəblərdən “Barsa”ya 80 milyonluq təklif
Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubu “Barselona”ya 27 yaşlı cinah oyunçusu Rafinya üçün 80 milyon avroluq təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi və məşqçilər korpusu Rafinya ilə ayrılmaq istəmir, amma başa düşürlər ki, Səudiyyə klubunun braziliyalı futbolçunun təxmini dəyərini üstələyən təklifi var.
Maliyyə çətinliyi yaşayan klub rəhbərliyi bu təklifə biganə yanaşmır.
Xatırladaq ki, bu mövsüm Rafinya bütün turnirlərdə 27 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
