Levandovski Messinin yanına gedəsi olmadı
MLS çempionu “İnter Mayami” hazırda “Barselona”nın polşalı hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaq üzərində işləmir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial mediada bildirib.
Mənbənin məlumatına görə, oyunçunun özü hazırda başqa komandaya keçmək barədə düşünmür, o, bu mövsüm kataloniyalılarda oynamağa planlaşdırır.
Bu mövsüm Levandovski bütün yarışlarda 17 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.
Aut.az
