Dünya futbolu

Eto`O ayrılıq qərarını açıqladı

Kamerun millisinin baş məşqçisi Rigobert Sonq istefaya göndərilib.

Aut.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti Samuel Eto’O açıqlamasında bildirib. “Sonq bu komandaya çox böyük töhfə verdi. Məqsədlərimizə nail ola bilmədik. Ona gələcək karyerasında uğurlar arzulayırıq” – deyə funksioner qeyd edib.

Qeyd edək ki, Rigobert Sonq 2022-ci ilin martından millini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 23 oyun keçirib, 6 qələbə qazanıb dəfə 9 məğlub. 8 dəfə isə heç-heçə edib.