Dünya futbolu

Dadaşov qol vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda evdə “Sürix”lə qarşılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:1.

“Qrasshopper”in yeganə qolunu 30-cu dəqiqədə Renat Dadaşov vurub. Start heyətdə meydana çıxan hücumçu 76-cı dəqiqədə əvəzlənib.

“Qrasshopper” çempionatda 21 turdan sonra 24 xalla 7-ci sıradadır.