Artıq pul ardınca getmək vaxtıdır: Sabiq “Bavariya”lı MLS klubunda
Kamerunlu hücumçu Erik Çoupo-Motinq “Nyu York Red Bulls”a keçəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
35 yaşlı hücumçu tibbi müayinədən uğurla keçib. Onun Amerika klubu ilə ən azı 2 illik müqavilə imzaladığı bildirilir. Erik gələn ilin yanvarında kluba qoşulacaq.
Hücumçunun son klubu “Bavariya” olub. O, 1 iyul 2024-cü ildən azad agentdir.
Aut.az
