Dünya futbolu

18 yaşlı belarus Portuqaliya nəhəngində

“Portu” Minsk “Dinamo”sunun və Belarus millisinin hücumçusu Trofim Melniçenkonun transferini rəsmiləşdirib.

Aut.az “A Bola”ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Melniçenkoya digər Avropa klublarının da maraq göstərdiyi vurğulanır. Əvvəlcə forvard “Portu”nun ikinci komandasında çıxış edəcək.

Melniçenko Minsk “Dinamo”sunun yetirməsidir. O, millidə bir oyun keçirib.

Aut.az