Elxan Məmmədov separatçıların futbolunu inkişaf etdirir
FIFA prezidenti Canni İnfantino Kosovo Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
Aut.az xəbər verir ki, bu görüşün iştirakçılarından biri də, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov olub.
Görüşdə Kosovo futbolunun durumu və inkişafı etdirilməsi barədə müzakirələr gedib.
Qeyd edək ki, Kosova separatçı bölgə sayılır və bir çox ölkələr, o cümlədən Azərbaycan onun müstəqilliyini tanımır.
Aut.az
