Dünya futbolu

Superliqada bu 12 komanda iştirak edəcək: Fantastik məbləğ alacaqlar

“Barselona”nın prezidenti Joan Laporta qarşıdakı mövsümlərdə Avropa Superliqasının mümkün başlaması haqda danışıb.

“Super Liqa başlayır? 2024/2025 mövsümündə bu baş verməsə, 2025/2026 mövsümündə reallaşacaq. İngilislərin turnirdə olmaması məni maraqlandırmır. Superliqa klublara sadəcə turnirdə iştirak üçün 100 milyon təklif edir. Çempionlar Liqasını qazansalar belə, o qədər pul qazana bilməyəcəklər.

“Barsa”, “Real”, “İnter”, “Milan”, “Napoli”, “Roma”, “Marsel”, üç Niderland komandası, “Brügge” və “Anderlext”. Bu, artıq 12 komandadır”, – Laportanın sözlərini “Mundo Deportivo” sitat gətirib.

Bundan əvvəl Avropa Superliqası layihəsinin – istənilən Avropa çempionatının klublarının iştirak edə biləcəyi yarışın yenidən yaradılacağı açıqlanmışdı. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın yarışda monopoliyaya malik olmadığı barədə qərar çıxarıb.

Aut.az