İngiltərə

Kloppun istefa xəbərini eşidən sabiq “Yunayted”li ona belə lağ edib

“Liverpul”un sabiq müdafiəçisi, hazırda “Sky Sports” eksperti Ceymi Karrager Yurgen Kloppun Mersisayd klubundan ayrıldığını elan etdikdən sonra “Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevilin ona lağ etdiyini bildirib.

“Mən oyandım və xəbəri gördüm. Nevil mənə xizək sürdüyünü yazmışdı. Onun mesajını oxumağımı istərdiniz? “Mən Kurşeveldəyəm, məşqçin gedir və sən daha 30 il əziyyət çəkəksən!” – “Daily Mail” Karragerdən sitat gətirib.

Xatırladaq ki, ötən həftə Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib.

Aut.az