Salah fenomeni: Anriyə çatdı
Yanvarın 5-də “Enfild”də İngiltərə Premyer Liqasının 20-ci turunda “Liverpul” “Mançester Yunayted”i qəbul edib.
Aut.az xəbər verir ki, 70-ci dəqiqədə mersisaydlıların misirli futbolçusu Məhəmməd Salah penaltini dəqiq yerinə yetirib.
Mo üçün bu, İngiltərə çempionatında vurduğu 175-ci qoldur. İngiltərənin yüksək liqasında vurulan qolların sayına görə Salah 176 qolu olan əfsanəvi fransız Tyerri Anriyə çatıb.
Siyahıda yalnız altı nəfər daha yüksəkdir: Frenk Lempard (177), Serxio Aquero (184), Endryu Koul (187), Ueyn Runi (208), Harri Keyn (213), Alan Şirer (260).
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Aut.az
