“Yunayted”dən gözlənilməz variant: Yarımmüdafiə xəttini…
İngiltərənin “Mançester Yunayted” klubu “Bernli”nin norveçli yarımmüdafiəçisi Sander Berge ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 26 yaşlı futbolçunu almağı tamamilə mümkün hesab edir.
2023/24 mövsümündə Sander Berge klub səviyyəsində 40 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı Norveç millisinin futbolçusunun dəyərini 20 milyon avro qiymətləndirib.
Aut.az
