İngiltərəİtaliya

O, mənim üçün nümunədir: İtaliya futbolunun əfsanəsi təəccübləndirdi

“Union Berlin” klubunun mərkəz müdafiəçisi Leonardo Bonucci “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrla bağlı fikirlərini bölüşüb.

“Mənim üçün Harri bir nümunədir. Ona qarşı olan bütün hücumlardan sonra “Mançester Yunayted”də və İngiltərə millisində oynamağa davam edir. Bu, onun psixi sağlamlığının göstəricisidir.

O, çox sərt müdafiəçidir. Harrinin problemi o idi ki, ona görə çoxlu pul vermişdilər.

O, əqli cəhətdən nə qədər güclü olduğunu, hansı liderlik keyfiyyətlərinə malik olduğunu göstərdi. Onun şəxsi və intellektual bacarıqları qeyri-normal yüksək səviyyədədir”.

Daha əvvəl Leonardo Bonuççinin İtaliyanın “Cenoa” klubunun futbolçusu ola biləcəyi barədə məlumat yayılmışdı.

Aut.az