İngiltərə

“Siti” daha bir gənc istedadı transfer etdi

“Mançester Siti” “Palmeyras”dan 18 yaşlı braziliyalı müdafiəçi Vitor Reyesin transferini açıqlayıb.

Aut.az xəbər verir ki, futbolçunun “şəhərlilər”lə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçu 22 nömrəli forma geyinəcək.

Daha əvvəl braziliyalı futbolçunun transferi üçün müqavilənin ümumi məbləğinin təxminən 40 milyon avro olacağı bildirilirdi.

Reys mərkəz müdafiəçisi kimi çıxış edir və “Palmeyras” akademiyasının yetirməsidir. Ümumilikdə, gənc müdafiəçi əsas komandanın heyətində 22 oyun keçirib və iki qol vurub. “Transfermarkt” internet portalı futbolçunun bazar dəyərini 14 milyon avro olaraq qiymətləndirir.

Aut.az