“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq
“Neftçi” yanvarın 4-də Antalyada təlim-məşq toplanışına start verəcək.
Aut.az xəbər verir ki, paytaxt təmsilçisi ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Erzurumspor” komandasına qarşı keçirəcək.
“Ağ-qaralar”ın ikinci yoxlama görüşünü isə yanvarın 13-də baş tutacaq. Lakin rəqibin kimliyi hələ də məlum deyil.
Azərbaycan təmsilçisinin Türkiyədəki hazırlığı yanvarın 14-dək davam edəcək.
