Dünya futbolu

“Fənərbağça”nın sabiq məşqçisi xəstəxanaya yerləşdirildi

Məşhur çexiyalı məşqçi Zdenek Zeman insult keçirərək reanimasiyaya yerləşdirilib.

Aut.az xəbər verir ki Bu barədə “Gazzeto dello Sport” məlumat yayıb .

Mütəxəssis sağ ayağında zəiflik hiss edir və sözləri normal tələffüz etmək qabiliyyətini itirib. Bununla belə, həkimlər 77 yaşlı Zemanın səhhəti və həyatı ilə bağlı hər hansı proqnoz verməkdən çəkinirlər.

Məşqçi karyerası ərzində “Napoli”, “Latsio”, “Roma”, “Parma”, “Fənərbağça” kimi klublarda çalışıb. 2024-cü ilin fevralında o, son iş yeri “Peskara”dan ayrılıb və o vaxtdan bəri işsiz qalıb.

Aut.az