“Fənərbağça” rəsmən açıqladı: O, artıq İstanbuldadır
PSJ-nin mərkəz müdafiəçisi Milan Skrinyar “Fənərbağça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Fənərbağça”nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Skrinyarın Xviça Kvaratsxeliyanın parislilərə transferi üçün “Napoli”yə təklif olunduğu bildirilirdi. Bu mövsüm “Milan” bütün turnirlərdə 5 matçda iştirak edib.
Futbolçunun PSJ ilə əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
