Dünya futbolu

Qovdular

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

Aut.az xəbər verir ki, “Sevilya” Xorxe Sampaolini istefaya göndərib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Argentinalı mütəxəssis La Liqada “Xetafe”yə 0:2 hesablı məğlubiyyətdən sonra postundan qovulub.

Xorxe Sampaoli ötən ilin oktyabr ayında Əndəlus təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

“Sevilya” İspaniya çempionatında 26 turdan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.