Dünya futbolu

Ronaldonun cangüdənləri onun pərəstişkarlarını pərən-pərən saldı – VİDEO

“Əl-Nəsr”  təlim-məşq toplanışı üçün artıq Avstriyaya gəlib.

Aut.az xəbər verir ki, azarkeşlər də kumirlərini görmək üçün bazanın ətrafına toplaşıblar.

Portuqaliyalı girişdə peyda olanda azarkeşlər yaxınlaşmağa müvəffəq olub, foto və ya video çəkməyə çalışıblar.

Ronaldo vəziyyətdən açıq-aşkar təəccüblənərək bir anlıq dayanıb, lakin sonra onun şəxsi təhlükəsizlik komandası müdaxilə edib.  Mühafizəçilər çox uzatmadan pərəstişkarları ulduzun qarşısından itələyərək binaya doğru yolu açıblar.

Həmin anın videosu sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirə dalğasına səbəb olub: bəziləri təhlükəsizlik əməkdaşlarının ciddiliyini pisləyib, digərləri isə futbolçunun şəxsi həyatını və təhlükəsizliyini qorumağın vacib olduğunu bildirib.

Aut.az