İngiltərə

Qarnaço qərar verdi: Bu kluba gedir

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço karyerasını hansı klubda davam etdirmək istədiyinə qərar verib.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, 20 yaşlı argentinalı “Çelsi”də oynamaq üçün Londona köçmək istəyir.

Onun “Çelsi”yə keçmək istəyinin Nikolas Ceksonun əks istiqamətdə potensial transferindən heç bir şəkildə asılı olmadığı da bildirilir.

Xatırladaq ki, Alexandro Qarnaço Ruben Amorim tərəfindən ABŞ turundan kənarlaşdırılan “Mançester Yunayted”in dörd futbolçusundan biri olub.

Aut.az