“Mançester Yunayted” ölür: Azarkeşləri bu addımı atacaqlar
“Mançester Yunayted” azarkeşləri klubun ortaq sahibi olan Qleyzer ailəsinə qarşı növbəti etiraz aksiyası hazırlayır.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Fanat qrupu “The 1958” hər kəsi klubun yavaş ölümünün şərəfinə martın 9-da “Arsenal” ilə Premyer Liqa oyununda qara köynək geyinərək iştirak etməyə çağırır.
“Mançester Yunayted” klubun tamamilə qüsurlu idarəetmə modelinə görə istər meydanda, istərsə də ondan kənarda yavaş-yavaş gözümüzün qarşısında ölür” – deyə qrupun sözçüsü bildirib.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin fevralında ser Cim Ratklif klubda 27,75 səhm almağı başa çatdıraraq Devilsin ən böyük sahibinə çevrildi. O vaxtdan bəri klub bütün yaş qrupları üçün biletlərin qiymətini artırıb və iki dəfə işçilərin ixtisarı kampaniyası həyata keçirib.
Aut.az
