İngiltərə

Qvardiola Premyer Liqaya üsyan etdi: Nə etməliyik?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqa rəhbərliyini 2025/26 mövsümünün startını təxirə salmaqdan imtina etdiyinə görə tənqid edib.

Aut.az xəbər verir ki yayda ABŞ-da “Mançester Siti”nin çıxış edəcəyi klublararası dünya çempionatı keçiriləcək. Turnir 1 ay davam edəcək, final isə mövsümün başlamasına cəmi 4 həftə qalmış keçiriləcək. “Siti”məcburi 3 həftəlik yay fasiləsindən istifadə etsə, ilk oyununa hazırlaşmaq üçün cəmi 7 günü qalacaq.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola mövsümöncəsi hazırlığın düzgün aparılmamasının futbolçuların sağlamlığına təsir edəcəyindən narahatdır:

“Premyer Liqa toparlanmaq üçün ilk 2 oyunu təxirə salmağa imkan vermədi. Premyer Liqa bizə “hə” deyərdimi? Xeyr, qətiyyən yox. Matçların vaxtını dəyişdirə bilmirlər. Nə etməliyik? Cavabım yoxdur”.

Aut.az