Bizi bədbəxtlik bürüyüb, doqquz ildə belə şey olmamışdı – Qvardiola
Oktyabrın 30-da İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Tottenhem” “Mançester Siti”yə qalib gəlib – 2:1.
Aut.az xəbər verir ki, oyundan sonra “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola komandasının problemləri haqda danışıb.
O, çoxlu sayda zədəli futbolçuları olduğunu bildirib. Akanji matçdan əvvəl isinmə hərəkətləri zamanı zədələnib, Savio isə zədə səbəbindən matçı başa vura bilməyib. Uoker, Qriliş və De Bruyne də zədəlidir.
“Bizi bədbəxtlik bürüyüb. Doqquz ildə heç vaxt bu qədər zədəli futbolçumuz olmamışdı. Nəsə etməyə çalışacağıq. Çox az vaxtımız var”, – deyə Qvardiola bildirb.
“Mançester Siti” Premyer Liqada növbəti oyununu noyabrın 2-də keçirəcək – Qvardiolanın komandası səfərdə “Bornmut”la qarşılaşacaq.
Aut.az
