İngiltərə

Premyer Liqa klubu Lemparda tapşırılacaq?

“Koventri”nin baş məşqçisi vəzifəsini icra edən Frenk Lempard Premyer Liqa klublarından birini çalışdıra bilər.

Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

İngilis mütəxəssisin xidmətində “Bornmut” maraqlıdır. Komandanın hazırkı baş məşqçisi Andoni İraola mövsümün sonunda klubdan ayrılacaq.

İngiltərə çempionatında 32 turdan sonra “albalılar” 45 xal toplayaraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Son oyunda “Bornmut” səfərdə sensasion şəkildə “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib.

Lempardın rəhbərlik etdiyi “Koventri” isə Çempionşip turnir cədvəlində inamlı şəkildə liderlik edir və Premyer Liqaya vəsiqə qazanmağa yaxındır

Aut.az