Zidan İngiltərə nəhəngində? – Klub sahibi şəxsən arzulayır
“Mançester Yunayted” yeni 2024/25 mövsümünə uğursuz başlayıb.
Premyer Liqanın 6 turunda cəmi 7 xal toplayan “qırmızı şeytanlar” son turda doğma azarkeşləri önündə “Tottenhem”ə biabırçı şəkildə məğlub olub (0:3).
Aut.az xəbər verir ki, klub hazırda baş məşqçi Erik ten Haqın istefasını ciddi şəkildə düşünür. “Mançester Yunayted” rəhbərliyi niderlandlı mütəxəssisin potensial əvəzlənməsi variantlarını araşdırır. Əsas namizədlərdən biri də Zinəddin Zidandır.
“Qırmızı şeytanlar”ın yeni həmsahibi Cim Ratkliff Zidanın namizədliyi ilə şəxsən maraqlanır.
Zinəddin Zidan 2016-2018-ci illərdə və 2019-cu ildən 2021-ci ilin mayına kimi “Real Madrid”in baş məşqçisi olub.
Aut.az
