İngiltərə

“Siti”dən 140 milyonluq həmlə

“Mançester Siti” “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Sira məlumat yayıb.

“Siti” klubu 23 yaşlı ingilis üçün 135 milyon avrodan 140 milyon avroya qədər yeni bir təklif təqdim etməyə hazırdır. “Forest” ilkin 106 milyon və 15 milyon funt bonus təklifini rədd dib.

“Mançester Siti” artıq Andersonla 2031-ci ilə qədər müqavilə şərtlərini razılaşdırıb. Oyunçunun özü transferdə israrlıdır.

Aut.az