Salah “Liverpul”dan gedir: Əvəzinə görün kimi alırlar
“Liverpul”un 32 yaşlı cinah oyunçusu Məhəmməd Salah 2024/2025 mövsümünün sonunda, müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcək.
Aut.az xəbər verir ki, bBu barədə “Liverpool Echo” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Nyukasl”ın 23 yaşlı vingeri Entoni Qordon “Liverpul”da misirli futbolçunu əvəz edə bilər.
Daha əvvəl mətbuatda cinah oyunçusunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Salah 2017-ci ilin yayında İngiltərə klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 350 matçda iştirak edib, 212 qol vurub, 90 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Aut.az
