Daha 2 klub Mbappeni hədəfə aldı: Hər şeyə razıdırlar
PSJ-nin hücumçusu Kilian Mbappeyə İngiltərə Premyer Liqası klubları arasında tələbat artır.
Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu “Real Madrid”lə anlaşmasa, Dumanlı Albiona keçə bilər. “DeadlineDayLive”ın məlumatına görə, fransalı hücumçu “Nyukasl” və “Çelsi”nin də maraq dairəsinə düşüb. Hər iki klub onun maliyyə tələblərini yerinə yetirməyə qadirdir.
Daha əvvəl “Mançester Yunayted” və “Liverpul”un da Mbappeylə maraqlandığı məlum olub.
Qeyd edək ki, Kilianın PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatır.
