Dopinqə görə cəzalandırılan ulduz futbolçu bu tarixdə qayıdacaq
“Çelsi”nin və Ukrayna yığmasının cinah oyunçusu Mixail Mudrikin cəzasının müddəti açıqlanıb.
Aut.az xəbər verir ki, hazırda 25 yaşlı futbolçu qadağan olunmuş maddə (meldonium) istifadəsinə görə üç illik diskvalifikasiyasını çəkir. Mudrik 2027-ci ilin yanvarında, diskvalifikasiyasının müddəti bitdikdə, yenidən meydanda olacaq. Bu barədə ingilis jurnalist Aaron Ramiro məlumat yayıb.
Ukraynalı futbolçunun son rəsmi oyunu 2024-cü ilin noyabrında Almaniyanın “Haydenhaym” komandası ilə Konfrans Liqasında olub.
Mudrik 2023-cü ilin yanvarında Donetsk “Şaxtyor”undan İngiltərə təmsilçisinə 70 milyon avro müqabilində transfer olunub. Ötən mövsümdə ukraynalı cinah oyunçusu bütün turnirlərdə 15 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
