İngiltərə

Başağrısına çevrilən klubun adını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”u Premyer Liqada komandasının əsas rəqibi adlandırıb.

“Siti”də mənim əsas rəqibim, komandanın əsas rəqibi “Liverpul” olub. Onlar bizim üçün işləri xeyli çətinləşdirir ki, bu da bizi hər cəhətdən daha yaxşı edir. Onlar bizimlə “Siti”də olduğum müddətdə heç bir komandanın etmədiyi şəkildə rəqabət aparırlar.

Təbii ki, indi “Arsenal” geri qayıdır, “Nyukasl” güclənir, “Çelsi” bəzi şeyləri yenidən qurmaq prosesindədir. Lakin onların hamısının vaxta ehtiyacı var”, – Qvardiola deyib.

İngiltərə çempionatında keçirdiyi on oyundan 24 xalı olan “Mançester Siti” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Aut.az