İngiltərə

Mən həyatımda bir də belə şey görməyəcəm – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun onun rəhbərliyi altında əldə etdiyi uğurlar haqda danışıb.

“Heç kim İngiltərə Premyer Liqasında 100 xal toplayıb, ardıcıl dörd dəfə qalib gələ bilməz. Mən həyatım boyu bir də belə şey görməyəcəm”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Qvardioladan sitat gətirib.

“Mançester Siti” Premyer Liqanın 2017/2018 mövsümündə xallarını 100-ə çatdırıb.

Bu gün, fevralın 23-də Qvardiolanın komandası İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Liverpul”la qarşılaşacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Aut.az