İngiltərə

“Tottenhem” satılır?

“Tottenhem”in İdarə Heyəti klubun alınması ilə bağlı iki təklifi rədd etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, söhbət londonluların səhmlərinin alınmasına maraq göstərildiyi barədə bəyanatlardan gedir.

İdarə heyəti bildirib ki, “Tottenhem”in nəzarət paketi satışda deyil. Klubun 86 faizdən çox səhmi Böyük Britaniyanın “ENIC International Ltd” şirkətinə məxsusdur, qalan səhmlər isə açıq dövriyyədədir.

Aut.az