İngiltərə

“Siti”dən 60 milyonluq transfer – FOTO

“Renn”in və Belçika millisinin vingeri Ceremi Doku “Mançester Siti”yə keçib.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Jurnalist Fabritsio Romanonun sözlərinə görə, “şəhərlilər” 21 yaşlı futbolçu üçün Fransa klubuna 60 milyon avro ödəyəcək.

Tərəflər 5 illik (2028-ci ilin iyunun sonuna kimi) müqavilə imzalayıblar. Futbolçu “Mançester Siti”də 11 nömrə altında çıxış edəcək.

2022/2023 mövsümündə belçikalı bütün yarışlarda 35 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalının məlumatına görə, 21 yaşlı futbolçunun təxmini dəyəri 28 milyon avrodur.

“Siti”dən 60 milyonluq transfer – FOTO