Dünya futboluİngiltərə

“Qızıl top” Messinin olmalıdır, yoxsa Haalandın? – Pep deyir ki…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Qızıl top”a kimin daha çox layiq olduğuna qərar verə bilmir.

Aut.az xəbər verir ki, Pep komandasının hücumçusu Erlinq Haaland və ya dünya çempionu Lionel Messi arasında seçim etməli olub.

“Mən həmişə demişəm ki, “Qızıl top”u verərkən iki bölmə olmalıdır – Messi və digər oyunçu üçün. Erlinq Haaland “Qızıl top”u qazanmalıdır. Bəli və yenə bəli.

O, trebl etdi, bir milyon qol vurdu. Amma Messi… Amma Leo Dünya Kubokunu qazandı. Hər ikisi buna layiq idi, bilmirəm”, – Qvardiola deyib.

Aut.az