Bir gün mütləq bunu edəcəyəm – Mourinyo nəyi deyir?
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo milli komandada işləmək istəyib-istəmədiyi barədə sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Mourinyo “Beast Mode On Podcast”a verdiyi müsahibədə deyib:
“Klub futbolu mənim təbii yaşayış yerimdir. Gündəlik məşqlər, həftədə üç dəfə oyunlar… Oyunçuların yanında olmaq, onlarla işləmək, onları anlamaq, onlarla mübarizə aparmaq, qucaqlamaq, öpmək, təpikləmək. Düşünürəm ki, bu, mənim elementimdir.
Amma Dünya Kuboku və ya hətta Avropa Çempionatının atmosferini görəndə başa düşürəm ki, bu, mənim etmək istədiyim bir şeydir. Və bir gün mütləq bunu edəcəyəm”.
Aut.az
