Qapıçıya fişəng atan azarkeşə həbs cəzası verildi
“Klermon”un qapıçısı Mori Diave fişəng atan “Monpelye” azarkeşləri cəzalandırılıb.
Aut.az xəbər verir ki, hadisə oktyabrın 8-də Liqa 1-də “Monpelye” – “Klermon” arasında keçirilən oyunda baş verib. İkinci hissədə “Klermont”un qapıçısı Mori Diav tribunadan atılan pirotexniki əşyanın ayağının altında partlaması nəticəsində huşunu itirib. 30 yaşlı futbolçu meydançadan xərəkdə aparılıb. Matç dayandırılıb və daha sonra azarkeşlərsiz oynanılıb.
Monpelye Cinayət Məhkəməsi işin təhqiqatını başa çatdırıb və iki təqsirləndirilən şəxsə hökm oxuyub. Fişəngi atan azarkeş şərti altı aylıq həbs cəzası alıb, ikinci fanat isə 140 saat ictimai iş cəzasına məhkum edilib. Həmçinin, birinciyə 18 ay, ikinciyə bir il müddətinə stadionları ziyarət etmək qadağan edilib.
Bundan başqa, məhkəmə “Monpelye”yə dəymiş maddi ziyanı 10 788 avro, “Klermon”a dəymiş ziyanı 4 465 avro qiymətləndirib.
Aut.az
