Dünya çempionu Avstriya klubunda
Almaniya millisinin heyətində DÇ-2014-ün qalibi olan Jerom Boatenq Avstriyanın LASK klubuna keçib.
Aut.az xəbər verir ki, 35 yaşlı alman müdafiəçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Boatenqin əvvəlki klubu A Seriyasından aşağı liqaya düşmüş “Salernitana” olub.
Boatenq 2011-2021-ci illərdə “Bavariya”da çıxış edib və ümumilikdə 363 oyuna çıxıb. Münhen komandasının tərkibində 9 dəfə Almaniya çempionu olub, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, ötən mövsüm LASK Avstriya çempionatında üçüncü yeri tutub və Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək.
Aut.az
